| — Dinlet nədir? |
| — Dinlet xidməti Nar Mobile mobil operatoru tərəfindən abonentlər üçün göstərilən yüksək keyfiyyətli xidmət növüdür. Məhz Dinlət xidməti vasitəsilə Siz zəng zamanı standart qudok səsləri əvəzinə zövgünüzə uyğun musiqi parçalarından yararlana bilərsiniz. |
| |
| — Bir Dinlet parçasının qiyməti nə qədərdir? |
| — Bütün Nar Mobile abonentləri üçün 1 Dinlet melodiyasının aktiv edilmə qiyməti 1 AZN təşkil edir (ƏDV daxil). |
| |
| — Dinlet parçasından necə istifadə edə bilərəm? |
| — Dinlet xidmətindən istifadə üçün (xidmətin aktiv edilməsi üçün) seçdiyiniz musiqi parçasının kodunu Qısa mesaj (SMS) vasitəsilə 3600 nömrəsinə göndərin. Məs., 10015 kodlu musiqi parçasını bəyənib Dinlet melodiyası etmək istəyirsinizsə, 10015 kodunu yazıb Qısa Mesaj (SMS) vasitəsilə 3600 nömrəsinə göndərin. Yarım saat ərzində Sizin Dinlət xidmətiniz 1 ay müddətinə (30 gün) aktiv olacaq. |
| |
| — Yaratdığım şəxsi musiqi parçalarını necə Dinlət melodiyası edə bilərəm? |
| — 3600.az saytının təqdim etdiyi unikal xidmət vasitəsilə Siz yaratdığınız musiqi parçalarındanda Dinlet melodiyası edə bilərsiniz! Bunun üçün yalnız Sifarişlər bölümündə qeyd edilmiş formanı doldurmaq kifayyətdir!
Göndəriləcək bütün informasiya qısa müddət ərzində administrasiya tərəfindən nəzərdən keçiriləcək və qaydalara uyğun olaraq Dinlet melodiyaları bazasına əlavə ediləcək. Bu haqda Siz qeyd etdiyiniz E-mail və ya qeyd etdiyiniz əlaqə telefonu vasitəsilə xəbərdar ediləcəksiniz. |
| |